+994504022025

Şərtlərimiz!

1. Abunəlik
1.1. Abunəlik, ödəniş təsdiq edildikdən sonra 24 saat ərzində aktivləşdirilir.
1.2. Qrafikin sıx olduğu hallarda aktivləşmə prosesində gecikmələr yaşana bilər. Bu zaman problemlər üç iş günü ərzində aradan qaldırılır.
1.3. 18 yaşına çatmamış şəxslərin Unionmoto tərəfindən təşkil olunan tədbirlərdə valideynsiz iştirakı qadağandır. Bu halda bütün məsuliyyət valideynin üzərindədir.
1.4. 18 yaşına çatmamış şəxslərin ailə üzvlərinə məxsus kart, şəxsiyyət və digər şəxsi məlumatlardan istifadəyə görə Unionmoto məsuliyyət daşımır.
1.5. Ödəniş təsdiqləndikdən sonra vəsait geri qaytarılmır. 
1.6. Abunəlik yalnız bizim təqdim etdiyimiz rəsmi əlaqə nömrələri vasitəsilə əldə edilə bilər. Digər üsullarla alınan abunəliklər təsdiqlənmir və bu halda ödəniş geri qaytarılmır.
1.7. Qeydiyyat zamanı təqdim olunan bütün məlumatların doğru və dəqiq olması vacibdir. Əlaqə nömrəsinin “WhatsApp” aktiv olması tələb olunur.
1.8. Əgər məlumatlarda yanlışlıq varsa, öncədən bizə bildirilməlidir. Əks halda məsuliyyət istifadəçinin üzərində olacaq.
1.9. Şifrə bərpası yalnız abunəçi tərəfindən aparılır. Bunun üçün aktiv e-poçt ünvanı tələb olunur. Əlaqə nömrəsi və e-poçt yalnız bizim təsdiqimizlə dəyişdirilə bilər.
1.10. Bank kartımıza səhvən edilən ödənişlərdə 2 AZN komissiya tutulacaqdır.
1.11. Avtomatik WhatsApp mesajlarındakı məlumatların silinməsinə görə məsuliyyət istifadəçiyə aiddir. Ödəniş zamanı istifadəçi adı və nömrəsi düzgün təqdim olunmalıdır.
1.12 Abunəlik şəxsi istifadə üçündür, başqasına ötürülməsi və ya satılması qadağandır. Aşkarlanarsa, abonəlik ləğv ediləcək.
1.13 Abonəlik aktiv olduqdan sonra onun müddəti dəyişdirilə və ya dondurula bilməz.
1.14 Abonelik vaxtı bitmiş üzvün hər hansı kompaniyalardan və kuponlardan digər vasitələrlə yararlanması qəti qadağandır, bu hallar hüquqi məsuliyyət yaradır. 
1.15 Abonəlik paketlərində dəyişiklik minimum 3 iş günü ərzində həyata keçir.
1.16 Abonəlik aktivləşdikdən sonra istifadə edilməsə belə, müddəti ərzində keçərli sayılır və istifadə edilmədiyinə görə geri ödəniş və ya əlavə gün verilmir.

2. Ödəniş Qaydaları
2.1. Ödəniş yalnız sizə təqdim olunan rəsmi kart hesabına edilməlidir. Başqa hesaba edilən ödənişlər etibarsız sayılır və abunəlik aktivləşdirilmir.
2.2. Ödəniş edildikdən sonra 24 saat ərzində qəbzin fotosu bizə göndərilməlidir. Əks halda ödəniş təsdiqlənmir.
2.3. Terminal vasitəsilə ödəniş zamanı əgər qəbz verilməzsə, terminal şirkəti ilə əlaqə saxlanılaraq elektron qəbz alınmalı və 24 saat ərzində bizə təqdim edilməlidir.
2.4 Bu haldan sonra 3 gün ərzində qəbz təqdim olunmazsa, ödəniş təsdiqlənmir və abunəlik aktivləşdirilmir.
2.5 Ödəniş zamanı yanlış məbləğ göndərildikdə, fərqin geri qaytarılması üçün əlavə xidmət haqqı tətbiq oluna bilər.
2.6 Bir neçə şəxs tərəfindən eyni abonəlik üçün ödəniş edildikdə, ilk təsdiqlənmiş ödəniş əsas götürüləcək, digərlərinə geri qaytarma 7 iş günü ərzində həyata keçiriləcəkdir və geri qaytarılması üçün əlavə xidmət haqqı tətbiq oluna bilər.
2.7 Ödənişin təsdiqlənməsi zamanı təqdim edilən qəbzdə görünən məlumatların silinməsi və ya dəyişdirilməsi halında ödəniş qəbul edilməyəcək.
2.8 Kampaniya və endirimli ödənişlər zamanı yanlış məbləğ ödənilərsə kampaniya şərtləri keçərsiz hesab edilə bilər.
2.9 Bank və ya terminal texniki səbəblərlə ödənişi gecikdirərsə, bu gecikməyə görə Unionmoto məsuliyyət daşımır.


3. Əlavə Qaydalar
3.1. Saytdan qeydiyyatdan keçən hər bir istifadəçi, Unionmoto qaydaları ilə razılaşmış sayılır.
3.2. Abunə olan istifadəçilər Unionmoto tərəfindən təqdim edilən kupon və tədbirlərdən istifadə edə bilərlər.
3.3. Unionmoto-nun partnyor şirkətləri ilə yaşanan hər hansı problemdə, ilk olaraq Unionmoto ilə məsləhətləşilməli, və problem birgə həll edilməlidir.
3.4. İstifadəçilər etik davranış qaydalarına riayət etməlidir. Digər üzvləri təhqir və ya təhdid etmək, istəkləri xaricində narahat etmək qəti qadağandır. Bu zaman abunəlik ləğv edilə bilər.
3.5. Unionmoto üzvləri moto ilə əlaqəsi olmayan paylaşımları və reklamları blog bölməsində edə bilməzlər. Bu qayda pozularsa, abunəlik razılaşma əsasında ləğv edilə bilər.
3.6. Heç bir üzv Unionmoto adından istifadə edərək gəlir əldə edə bilməz. Bu və ya ictimai etibarı zədələyəcək digər hallar hüquqi məsuliyyət yaradır.
3.7. İstifadəçi yaranmış problem zamanı yalnız özünü müdafiə edə bilər. Əks halda məsuliyyət tam şəkildə onun üzərində olur.
3.8. Müəyyən tədbir və ya layihələr zamanı Unionmoto tərəfindən təqdim edilən əlavə şərtlərə əməl etmək məcburidir.
3.9 Unionmotonun sosial media hesablarında və qruplarında yazışma və paylaşımlar ictimai davranış normalarına uyğun olmalıdır. Əks halda üzvlük ləğv edilə bilər.
3.10 Tədbirlər zamanı iştirakçıların təhlükəsizliyinə dair verilmiş təlimatlara əməl olunması vacibdir. Qaydalara əməl olunmadıqda təşkilatçı heç bir məsuliyyət daşımır.
3.11 Üzv, Unionmotonun tədbirləri zamanı çəkilən foto və videoların sosial şəbəkələrdə paylaşılmasına razılıq vermiş hesab olunur. Əgər razı deyilsinizsə, əvvəlcədən yazılı şəkildə bildirməyiniz tələb olunur.
3.12 Unionmotonun tədbirləri zamanı üçüncü şəxslərə qarşı törədilən hər hansı hüquq pozuntusuna görə yalnız üzv məsuliyyət daşıyır.
3.13 Unionmotonun icazəsi olmadan keçirilən hər hansı tədbirdə təşkilatın adı istifadə edilərsə hüquqi məsuliyyət tətbiq olunacaqdır.
3.14 Texniki səbəblərlə saytın və ya sistemin müvəqqəti əlçatmaz olması halında Unionmoto məsuliyyət daşımır, lakin problemin qısa müddətdə aradan qaldırılması üçün tədbir görüləcək.
3.15 Unionmoto tədbirləri zamanı yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyət tam şəkildə iştirakçının üzərindədir.
3.16 Üzv şəxsi məlumatlarını və Unionmoto ilə bağlı daxili yazışmaları icazəsiz paylaşarsa, hüquqi və inzibati məsuliyyət daşıyır.
3.17 Tədbirlərdə iştirak edən üzv, təşkilatçı tərəfindən verilən geyim, nişan və digər fərqləndirici vasitələri istifadə etməyə borcludur.
3.18 Unionmoto-ya qarşı böhtan xarakterli sosial media paylaşımları, icazəsiz foto/video yayımı və ya qaralama halları baş verdikdə, üzvlük dərhal ləğv edilir və hüquqi tədbirlər görülə bilər.
3.19 Tədbir və ya gəzinti zamanı üçüncü şəxslərin mülkiyyətinə ziyan vurularsa, zərəri törədən üzv məsuliyyət daşıyır.

4. Təhlükəsizlik və Məlumatların Qorunması
4.1 Unionmoto istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyini təmin etmək üçün müasir texnologiyalardan istifadə edir, lakin kibertəhlükəsizlik risklərinə görə tam zəmanət verilmir.
4.2 İstifadəçi öz hesab məlumatlarını (istifadəçi adı, şifrə və s.) üçüncü şəxslərlə paylaşmamalıdır. Bu məlumatların paylaşılması halında doğacaq nəticələrə görə məsuliyyət istifadəçiyə aiddir.
4.3 Sistemə icazəsiz müdaxilə (hacker hücumu, məlumat oğurluğu və s.) cəhdləri aşkarlandıqda, bu barədə hüquq-mühafizə orqanlarına məlumat veriləcək.

5. Hüquqi Məsuliyyət və Etibarlı İstifadə
5.1 İstifadəçi Unionmoto platformasını yalnız qanuni məqsədlərlə istifadə etməlidir.
5.2 İctimai nifrət, irqçilik, dini ayrı-seçkilik, zorakılığa çağırış və ya təhqiredici ifadələr işlədən istifadəçilərin hesabı dərhal bağlanacaq.
5.3 İstifadəçi, Unionmoto tərəfindən yazılı razılıq olmadan xidmətləri və ya məzmunu kommersiya məqsədli istifadə edə bilməz.

6. Texniki Dəstək və Əlaqə
6.1 Texniki problemlər zamanı istifadəçilər yalnız rəsmi əlaqə vasitələri ilə dəstək almaq hüququna malikdir.
6.2 Cavab müddəti rəsmi iş saatları çərçivəsində 24 saatdan çox olmayacaq.
6.3 Məlumatların və ya xidmətin texniki səbəblərlə silinməsi, dayanması və ya ləngiməsi halında Unionmoto məsuliyyət daşımır, lakin problemin aradan qaldırılması üçün tədbirlər görəcəkdir.

7. Fors-major hallar
7.1 Təbii fəlakətlər, epidemiya, hərbi vəziyyət, hüquqi qadağalar və digər nəzarətimizdən kənar fors-major hallar baş verdikdə xidmətlərdə gecikmə və ya müvəqqəti dayandırma halları ola bilər.
7.2 Fors-major hallarda xidmətin müddəti dondurula bilər və istifadəçi bu dövr üçün əlavə gün tələb edə bilməz.