Bir istifadəli kuponlar – yalnız bir dəfə istifadə edilə bilər. Endirimdən sonra qalan məbləğ balansınıza oturur.
Çox istifadəli kuponlar – müəyyən limit daxilində bir neçə dəfə istifadə edilə bilər. Hər istifadədə balansınıza uyğun məbləğ əlavə olunur.
Limitsiz kuponlar – məhdudiyyətsiz istifadəyə açıqdır, lakin bu kuponlar balansınıza pul köçürmür.
Qeyd: 10 AZN və üzəri alış-verişlərdə istifadə olunan kuponlar sizə əlavə xal qazandırır.
UnionMoto üzvlərinin aktivliyinə əsasən onlara xal verilir. Toplanan xallar sizin şəxsi reytinginizi formalaşdırır və sizi aşağıdakı pillələr üzrə sıralayır:
Xal Aralığı | Status | İmkanlar |
---|---|---|
0-49 | 🔧 Garage Rookie | - |
50-99 | 🧑🏫 Learner | - |
100-199 | 🔰 Beginner Rider | - |
200-299 | 🛵 Weekend Warrior | 💸 5% endirim (parti və tədbirlərdə) |
300-399 | 🏍️ Street Biker | 💸 5% endirim |
400-499 | 🏙️ City Cruiser | 💸 10% endirim |
500-599 | 🛣️ Highway Rider | 💸 10% endirim |
600-799 | 👑 Road King | 💸 15% endirim |
800-999 | 🔥 Track Master | 💸 20% endirim |
1000+ | 🏆 Moto Legend | 💸 25% endirim |
Qeyd: Endirimlər yalnız UnionMoto tərəfindən təşkil olunan tədbirlər, yürüşlər, gecə sürüşləri, seminarlar və digər rəsmi fəaliyyətlərdə keçərlidir.
Xal qazanma qaydaları və imkanları barədə ətraflı məlumatı “Xallar Necə Qazanılır?” bölməsində tapa bilərsiniz.
UnionMoto olaraq biz istəyirik ki, hər bir üzvümüz öz səviyyəsini daha da yüksəltməklə yanaşı, klubun imkanlarından maksimum şəkildə faydalansın. Sür, paylaş, aktiv ol – və qazandığın sədaqətlə yüksəl!